!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur klub loqosunu dəyişdi, ara qarışdı – Foto

!Reklam – Yazi

İtaliyanın ən qədim klublarından olan “Yuventus” loqosunu dəyişib.

Yeniçağ.az xəbər verir ki, klub Milan şəhərində təşkil edilən tədbirdə “Daha çox ağ, daha çox qara” şüarı ilə yeni loqosunu tanıdıb. “Qoca sinyora”nın yeni emblemi sadəliyi ilə diqqət çəkir. Belə ki, “J” hərfindən ibarət olan emblem, klubun ənənəvi ağ-qara zolaqlı formasını xatırladır.

“Yuventus”un prezidenti Andrea Anyelli yeni loqonun təqdimat mərasimindəki çıxışında bunları deyib:
“Kim olduğumuzu unutmamalıyıq. Meydanda inkişaf etmək, həm İtaliyada, həm də Avropada qazanmağa davam etmək mənasına gəlir. Bunu etmək üçün dilimizi və dərimizi dəyişdirməliyik”.

Klub prezidentinin tərifləməsinə rəğmən, yeni emblem azarkeşlər tərəfindən heç də birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bəzi azarkeşlər yeni emblemi dəstəkləsə də, bir çoxları onu yapon restoranlarının loqosuna bənzədib.

“Qoca sinyora”nın bəzi azarkeşləri isə loqonun dərhal dəyişdirilməsini tələb ediblər.

Yenicag.az

www.yenicag.az

733
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv