Məşhur meyxanaçı hakim qarşısına çıxarılacaq

media-hightechnic-468x90

Külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (“Mahir Ay Brat”) cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses oktyabrın 31-nə təyin edilib.

İş hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdıracaq.

Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib. Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib./Pravda.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa