Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoy konsertöncəsi şok yaşayıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Şimali Kiprdə yerləşən otellərin birində konsert verməyə gedən sənətçinin orkestrinin üzvləri hava limanında saxlanılıb.
Buna yoxlama zamanı 21 nəfərlik heyətin PCR testinin saxta çıxması səbəb olub. Heyət yenidən testdən keçib və nəticələri təmiz çıxdığı üçün konsertə icazə verilib. Buna baxmayaraq, iş məhkəməyə qədər uzanıb.
Məhkəmənin qərarı ilə heyət üzvlərinin hər birinə 10 min lirə nağd pul cəzası kəsilib.
Orkest üzvlərinin dediyinə görə, onların saxta sənəddən xəbərləri olmayıb:
“Kiprdə səhnəyə çıxmağımız ilk dəfə deyil. Bizə saxta sənəd düzəltdilər. İki dəfə peyvənd yetərlidir dedilər. Bildirdilər ki, verdiyimiz sənədi təqdim edin. Amma bizə saxta sənət veriblərmiş. İndi onların üzündən məhkəmələri gəzirik”.
Cəvahir