Prezident Mükafatı alan Mehriban Xanlarova: “Çox sevincli və qürurluyam”

media-hightechnic-468x90

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.

Onların arasında Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova da var.

Yenicag.az-a açıqlama verən aktrisa təəssüratlarını bölüşüb:

“Növbəti dəfə Prezident mükafatına layiq görülməyimin sevincini və qürurunu yaşayıram. Bu yüksək dəyərə görə cənab Prezidentə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu mükafat təkcə bir sənətkarın əməyinə verilmiş qiymət deyil, həm də milli-mənəvi dəyərlərə, mədəniyyətimizə olan ehtiramın parlaq təzahürüdür. Bu diqqət biz sənət adamlarını daha böyük hədəflərə ruhlandırır, sənətə olan sevgimizi və məsuliyyətimizi daha da artırır. Var olun, cənab Prezident! Sizin imzanızın altında adımızın çəkilməsi bizim üçün böyük şərəfdir”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600