!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur nəşrdən SENSASİON YAZI: Putinin real varisini açıqladı – Kremlin yeni sahibi olacaq

!Reklam – Yazi

Putinin keçmiş cangüdəni, onu ayının pəncəsindən xilas edən Aleksey Dumin Vladimir Putinin real varisidir.

Yenicag.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

KİV-in analitiklərinin fikrincə, “KQB” general-leytenantı, Rusiya qəhrəmanı, Rusiya prezidentinin 12 il baş mühafizəçisi və mühafizə xidmətinin müavini olmuş, Tula qubernatoru kimi fəaliyyət göstərmiş Duminin Kremlin yeni sahibi olması ehtimalı çoxdur. Qərb artıq onun düşüncələrini indidən analiz etməlidir.

Kremlin keçmiş spikeri Abbas Qalamovun sözlərinə görə, böyük ehtimal, Kremlin yeni sahibi məhz Dumin olacaq.

“O, “KQB” yetirməsidir, orduda müavin çalışıb, bu gün isə hərbi sənayeni kurasiya edir. Bundan başqa, Duminin həm “KQB”, həm də ordu ilə müsbət münasibətləri var. Rusiya prezidentinin köməkçisidir, Kremldə 15 il çalışıb. Dumin kifayət qədər bacarıqlıdır, o koalisiya yaratmaqda, kompromislər tapmaqda və lazımsız siyasi münaqişələrdən qaçmaq qabiliyyətinə malik siyasətçidir”, – deyə nəşr yazır.

Rusiyalı müxalif araşdırmacı Mixail Zıqar da analoji fikirləri bölüşüb.

“Mən Rusiya siyasi elitasında olan bütün həmkarlarımla əlaqə saxlayanda mənə aydın oldu ki, Rusiya hərbi dairələri və təhlükəsizlik elitası məhz Dumin ətrafında anlaşıb. Bəli, Aleksey Dumin, böyük ehtimal, Vladimir Putinin varisi kimi yaxın gələcəkdə Rusiya Federasiyasının yeni prezidenti və Kremlin yeni sahibi olacaq”, – deyə o bildirib.

A.Dumin ətrafında gedən müzakirələr fonunda “The New York Times” nəşri də Amerika siyasi dairələrinə istinadla məlumat verib ki, Birləşmiş Ştatların siyasi kuluarlarında Kremlin növbəti sahibi kimi Aleksey Dumini görürlər.

Qəzet yazır ki, Qərb rəsmiləri Duminin siyasi fikirləri ilə tanış deyillər və onu analiz etməyə çalışırlar”.

Qeyd edək ki, Aleksey Dumin 1972-ci ildə Rusiyanın Kursk şəhərində anadan olub. Boris Yeltsin dövründə onun cangüdəni kimi Kremldə çalışmağa başlayıb. Daha sonra 2000-ci ildən 2012-ci ilə qədər Kremldə Putinin şəxsi mühafizəsi rolunu oynayıb, Putini xilas edib və Putinin mühafizə idarəsinin rəis müavini təyin edilib.

2014-cü il Ukraynada daxili böhran zamanı Krımın anneksiyasında, Krım dövlət orqanlarının ələ keçirilməsində xüsusi rol oynayıb və Rusiya Hərbi Kəşfiyyatı olan “QRU”-nun direktor müavini təyin edilib. Ukraynanın devrilmiş sabiq prezidenti Viktor Yanukoviçin Kiyevdən təxliyəsində əsas rol oynayıb və Rusiya qəhrəmanı adına layiq görülüb. Eyni zamanda, Rusiya hərbi sənayesinin əsas mərkəzlərindən olan Tula şəhərində qubernatorluq edib.

Dumin “Vaqner” üsyanının dayandırılmasında və Priqojinlə danışıqlarda xüsusi rol oynayıb. O həmçinin KQB məktəbi keçib, Rusiya Müdafiə Nazirliyində, hərbi və mülki kəşfiyyatın hər ikisində çalışıb, Yevgeni Priqojinlə yaxın münasibətlərə malik olub.

Dumin “Vaqner”in qurulmasında da iştirak edənlərdən biri olub, hətta iddialara görə, Dmitri Utkinlə birlikdə “Vaqner”in liderlərindən biri olmalı idi, lakin daha sonra bundan imtina edib.

Dumin Priqojinlə xüsusi münasibətlər saxlamağa davam edib, Kremlə olan sədaqətini isə sona qədər davam etdirib. Eyni zamanda, prezident administrasiyası ilə çox dərin əlaqələr qurmağı bacarıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv