Məşhur platformaya süni intellekt gəlir

media-hightechnic-468x90

Yutub platformasında süni intellekt vasitəsi ilə fotoşəkilləri canlandırmağa və kontent yaratmağa kömək edən yeni funksiyalar gəlir.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, istifadəçilər fotodan videoya çevirmə özəlliyi ilə fotoşəkilləri 6 saniyəlik canlandırıb, hətta ona uyğun gələn müxtəlif süni intellekt effekt təklifləri arasında seçim edib, şort videosu yarada bilərlər.

Bundan əlavə, Yutub platformasında “AI Playground” adlı yeni redaktə paneli hazırlanıb. Bu panel süni intellektlə işləyən məzmun yaratma alətlərinə daxil olmaq, motivasiyaedici nümunələrə baxmaq və hazır mətn göstərişlərindən istifadə edərək məzmun yaratmaq imkanı yaradır.

Qeyd edək ki, yeni funksiya hazırda ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada mövcuddur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600