!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur şirkətdə “qaranlıq əməliyyatlar”: "33 prezident seçkisindən 27-si..." - ŞOK SAXTAKARLIQ

!Reklam – Yazi

“Guardian”, “Fransız Le Monde” və “Alman Der Spiegel” kimi təşkilatlardan 30 nəfərlik araşdırmaçı jurnalist qrupu İsrailə məxsus bir şirkətin üsulları və imkanları haqqında məlumat toplamaq üçün müştəri görkəminə bürünüb.

Yenicag.az xəbər verir ki, qrupun araşdırmaları nəticəsində “Team Jorge” adlı şirkətin sahibi, İsrail Xüsusi Qüvvələrinin keçmiş üzvü 50 yaşlı Tal Hananın 20 ilə yaxın müxtəlif seçki proseslərində iştirak etdiyi məlum olub.

Jurnalistlər sözügedən şirkətin saxta sosial şəbəkə hesabları vasitəsilə dezinformasiyalar yaydığını müəyyən edib. Belə ki, onlar şirkətə rəy bildirən, əlaqəsi olan və “sorğu”larda iştirak edən yüzlərlə feyk profil aşkarlayıb.

Komandanın hesabatında bildirilib ki, “Team Jorge” tərəfindən yayımlanan bütün datalar və tətbiq olunan üsullar digər texnologiya şirkətləri üçün də problemlərə yol açacaq. T. Hananın “Twitter”, “LinkedIn”, “Facebook”, “Telegram”, “Gmail”, “Instagram” və “Youtube”platformalarında minlərlə profilinin mövcud olması, həmçinin komandadakı bəzi şəxslərin “Amazon” hesabları, “Bitcoin” pul kisələri və kredit kartı qeydləri olan “Airbnb” hesabları jurnalistlərin açıqlamasında xüsusilə vurğulanıb.

Eyni zamanda, Hananın 3 jurnalistə öz “qaranlıq əməliyyatlar”ı və bu xidmətlərin digər kəşfiyyat orqanlarına, özəl şirkətlərə necə “təklif edildiyi” barədə məlumat verməsi aşkarlanıb.

Reportajda Hananın “Hazırda Afrikada bir seçkiyə hazırlaşırıq. Yunanıstan və Birləşmiş Ərəb Əmirliklərində komandalarımız var. 33 prezident seçkisini tamamladıq, 27-si uğurlu oldu”, – deyə açıqlama verməsi qeyd edilib. Bundan əlavə, Tal Hananın Fransanın ən böyük telekanallarından biri olan “BFM” yayımlarının Monakoda yaxta sənayesinə tətbiq edilən sanksiyalarla bağlı Rusiya üçün hazırladığı xəbərlərdən birində yer alması iddia edilib. Həmin xəbəri təqdim edən 54 yaşlı Raçid Barkinin işindən qovulub və istintaq hələ də davam edir.

Son olaraq, iş adamı “The guardian” qəzetinin bütün iddialarını rədd edib və qeyri-qanuni heç bir iş görmədiyini təkid edib.

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv