Məşhur sosial media fenomeni buna görə SAXLANILDI - FOTO

media-hightechnic-468x90

Türkiyəli məşhur sosial media fenomeni Simge Barankoğlu dünən gecə polis əməkdaşları tərəfindən saxlanılıb.

Yenicag.az xəbər verir ki, o, sosial şəbəkələr üzərindən etdiyi dələduzluğa görə axtarışa verilmişdi.

İzmirin Ödəmiş rayonunda saxlanılan bloqer polis idarəsinə aparılıb.

Simge Baranoğlu daha əvvəl də dələduzluq ittihamı ilə həbs edilmiş və 56 gün həbsdə qaldıqdan sonra sərbəst buraxılmışdı.

Sosial medianın gündəmindən düşməyən bloqer 1995-ci il təvəllüdlüdür, əslən İzmir şəhərinin Ödəmiş rayonundandır.

15 saniyəlik videolarla məhşurlaşan adlar arasında olan Barankoğlu “Örümcek, korktun mu? Yılan, korktun mu?” sözləri ilə yeni axım yaratmış və yadda qalmışdı.

Qeyd edək ki, onun “Instagram” hesabında 1 milyon izləyicisi var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600