Twiterdə 100-dən çox siyasətçi və tanınmış şəxsin hesabını ələ keçirən britaniyalı haker Cozef O’Konnor 5 il müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-York məhkəməsi hakerə qarşı genişmiqyaslı kibercinayət fəaliyyətində iştiraka görə hökm oxuyub.
Qeyd edək ki, 23 yaşlı Cozef O’Konnor fırıldaqçılıq məqsədilə 130 siyasətçi və məşhurun tviter hesabını ələ keçirdiyini 2020-ci ildə etiraf edib. Nəticədə twiter bir neçə məşhur şəxsin hesabını dondurmalı olmuşdu. “The Guardian”ın məlumatına görə, O’Konnor və əlbir olduğu şəxslər kriptovalyuta qismində 794 min dollardan çox vəsait oğurlayıblar. O, sözügedən məbləği geri qaytarmalıdır.
Onun qurbanları arasında ABŞ-nin hazırkı Prezidenti Co Bayden, keçmiş Prezidenti Barak Obama, milyarderlər Bill Qeyts, Maykl Blumberq, Uorren Baffet, İlon Mask və digərləri olub.
www.yenicag.az