!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Messi “Barsa”ya geri dönə bilər

!Reklam – Yazi

Lionel Messinin cari mövsümün sonu PSJ ilə olan müqaviləsinin müddəti başa çatır.

Yenicag.az xəbər verir ki, 3 klub argentinalı ulduz uğrunda mübarizə aparır. PSJ klubu Messinin komandadan ayrılmasını istəmir və futbolçu ilə yeni sözləşmə üzrə danışıqlar aparır. Bir müddətdir davam edən görüşlərdə hələ ki, yekun qərar verilməyib.

Bundan əlavə, hücumçu ilə “Barselona” və MLS-dən “İnter Mayami” klubları maraqlanır. Ötən günlərdə Leo Messinin atası və agenti Jorje Kataloniya təmsilçisinin prezidenti Joan Laporta ilə görüşüb. Laporta argentinalının geridönüş üçün şərtlərini öyrənib və futbolçunun qayıdışına müsbət yanaşır.

Sahibi Devid Bekhem olan “İnter Mayami”nin idman direktoru Fil Nevil isə bu ifadələri səsləndirib və transfer hədəflərini açıqlayıb: “İnkar etməyəcəm, Messi və Busketslə maraqlanırıq”.

Messinin mövsümün sonunda qərar verəcəyi gözlənilir.

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv