!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Mətanət A" şirkətinin prezidentinin evində oğurluq - Xadimə həbs olundu

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərinin evindən oğurluq etməkdə təqsirləndirilən Gülər Piriyevanın məhkəməsi başlayıb.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmiş Vüsalə Bəşirovanın vəkili vəsatət verərək polisin nəzarətinə verilməklə azadlıqda qalan G.Piriyevanın həbs olunmasını istəyib. Məhkəmə vəsatəti təmin edib və G.Piriyeva məhkəmə zalında həbs olunub.

Proses fevralın 22-də davam etdiriləcək.

İttiham görə, G.Piriyeva “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirovun arvadı Vüsalə Bəşirovanının evində xadimə kimi çalışıb. O, işlədiyi dövrdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq etməkdə təqsirləndirilir.

www.yenicag.az

2383
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv