Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Metro nə vaxt açılacaq? – “Risklər qiymətləndirilir” – Prezidentin köməkçisi

“Bu barədə qərarlar qəbul ediləndə, ölkə ictimaiyyətinə məlumat veriləcək”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxış edən ölkə prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, Metropolitenin fəaliyyəti ilə bağlı məsələ müzakirə edilir:

“Məktəblərin açılması ilə əlaqədər metropolitenin açılması müzakirə olunur, potensial risklər qiymətləndirilir. Bu barədə qərarlar qəbul ediləndə, ölkə ictimaiyyətinə məlumat veriləcək”.

Gülşən Şərif

www.yenicag.az

562