Metroda keçirilən aksiyanın təfərrüatları

media-hightechnic-468x90

iuyuyTicarətçilərin Bakı Metroliteninə hücumunun təfərrüatı məlum olub. Söküləcək obyektlərin əksəriyyəti keçmiş rəis Tağı Əhmədovun qohumlarına məxsusdur.

Onun sözlərinə görə, metro keçidlərində çalışan ticarətçi qohumlar bu günəcən işlətdikləri obyektlərin müqabilində dövlətə vergi ödəməyiblər. Məhz bu səbəbdən yeni rəhbərlik bütün obyektlərin sökülməsinə qərar verib.

Mənbə eyni zamanda qeyd edib ki, rəhbərlik ticarət obyektlərinin işlədilməsi ilə bağlı yeni qiymət müəyyənləşdirdikdən sonra Metropolitendə ticarət bərpa olunacaq.

Bundan başqa, yeni rəhbərliyin Metropoliten idarəsində Tağı Əhmədovun kadrlarını vurduğu da bildirilib. Hələ T.Əhmədov vəzifəsindən uzaqlaşdırılandan 1 gün əvvəl onun yaxın adamı hesab olunan baş mühəndis Fuad Tağızadə işdən çıxarılıb.   Amma Əhmədovun qaynı, 1-ci müavin Akif Rəsulov “yaxşı kadr olduğu üçün” hələ öz vəzifəsində saxlanılıb.

Xatırladaq ki, hazırda Bakı Metropolitenin qarşısında obyektləri sökülən narazı ticarətçilərin aksiyası keçirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600