Metroda ölən şəxsin kimliyi bəlli oldu
Bakının “28 may” metrostansiyasında dünyasını dəyişən şəxsin kimliyi bəlli olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev açıqlamasında bildirib ki, ölən 1954-cü il təvəllüdlü Mironov Valeri Alekseyeviçdir.
“O, 30 saylı avtobusla gəlib. “Nizami” metrosuna daxil olan Valeri “28 may” metrostansiyasına gedib və bu zaman onun halı vaqonda pisləşib. Maşinist növbətçiyə bu haqda məlumat verib. Onlar da təcili yardım çağırıblar. Amma Valerinin həyatını xilas etmək mümkün olmayıb”, – deyə “Bakı Metropoliteni” QSC-nin rəsmisi əlavə edib(aznews).