Metroda qatar relsdən çıxdı – Sərnişinlər təxliyyə edildi

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində içərisində 60 sərnişin olan metro qatarı “qırmızı” zolaqdan kənara çıxıb.

Yenicag.az xəbər verir ki, hadisə metronun “Farragut North” stansiyasında qeydə alınıb. Qəza nəticəsində xəsarət alan olmayıb, bütün sərnişinlər qatardan təxliyyə edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.