!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metronun növbəti stansiyasının tikintisindən - Fotolar

!Reklam – Yazi

“Bakı metropoliteninin Bənövşəyi xəttinin hazırda inşası davam edən stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb”.

“Bakı Metropoliteni” QSC-dən Yenicag.az-a verilən məlumata görə, şərti olaraq “B-04” adlandırılan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasında – Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək.

Bildirilib ki, avtomobil yolunun hər iki tərəfi nəzərə alınmaqla 4 istiqamətdə olacaq stansiya girişlərinin tikintisi inşaatın norma və qaydalarına uyğun – sonuncu mərhələdə yerinə yetiriləcək:
“Stansiyada bir səviyyədən digərinə keçmək pilləkənlər və 19 eskalatorla mümkün olacaq. Müvafiq kateqoriyadan olan sərnişinlərin ehtiyacları da nəzərə alınıb. Onların xidmətinə 3 lift veriləcək. Ümumən stansiyanın inşaat işləri müvafiq plana uyğun aparılır. Qeyd edək ki, “B-04”, Bakı metropoliteninin 28-ci, xəttin isə 5-ci stansiyası olacaq”.

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv