Məzahir Pənahov səs verdi

media-hightechnic-468x90

Yanvarın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərində səs verib.

Yenicag.az xəbər verir ki, MSK-nın sədri 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, 685 bələdiyyəyə 8071 üzv seçmək üçün Azərbaycan seçiciləri öz hüquqlarından istifadə edirlər.

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı 16 min 238 nəfərdir. Seçki bülletenlərinə 16 min 92 nəfərin adı daxil edilib.

Hazırda Azərbaycanda bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 70 min 625 yerli müşahidəçi akkreditasiyadan keçib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600