“Microsoft Azerbaijan” bağlanır. Bəlkə də son illərdə ilk dəfədir ki, İT sektorla bağlı məlumatı belə qüssəli ovqatda yazıram”.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, dünyanın nəhəngi, uzun illər Azərbaycanda da öz ab-havası ilə İT mühitə güvənlik və güc verən “Microsoft” şirkətinin ölkəmizdəki nümayəndəliyi bağlanmaq üzrədir.
“Artıq ofisin rəhbəri, əksər işçiləri işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq “Microsoft Azerbaijan”da çalışmırlar. Görünür , “Microsoft” bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyib. Bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, “Microsoft”ın Azərbaycandan gedişini mən təsəvvür belə etməzdim. Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır. Düşünmürəm ki, Azərbaycan nümayəndəliyinin fəaliyyətinin dayandırılması yalnız “Microsoft”ın qlobal siyasəti ilə bağlıdır. Bu, belə deyil. Fikrimcə, bu səviyyəyə gəlib çıxmasına yol verməmək olardı. Zamanında gərəkən addımlar atılmalıydı. Baş verənlər ölkənin innovasiya mühiti, İT biznesi və bütövlükdə, İKT mühiti üçün düşündürücü olmalıdır. “Microsoft”un Azərbaycan ofisinin fəaliyyətini dayandırması bizim üçün utancdır”.
www.yenicag.az