Millət vəkili: “Bu onların iç üzüdür”
Avropa Parlamentində Dağlıq Qarabağla dostluq qrupunun yaradılması məsələsinə millət vəkili Çingiz Qənizadə münasibət bildirib.
Belə bir qrupun yaradılmasının təşkilatçıları Ermənistanın Avropadakı dostlarıdır: “Avropa parlamentinin bir neçə deputatı da quruma üzv olmaq üçün müraciət edib. Bunlar dünya tərəfindən qəbul olunmuş dəyərləri heç cür qəbul etmək istəmirlər. Bu dəyərlər ərazilərin toxunulmazlığı, işğalçılığın qəbul olunmaması və.s prinsiplərdir. Bu gün Avropa Parlamenti və ölkələri Ukraynada, Donetsk və Luqanskda baş verənlərə görə Rusiya ilə soyuq müharibə apardıqları halda, Azərbaycanın ərazisini işğal etmiş seperatçı rejimlə dostluq qrupu yaradırlar. Bunlar dəyərləri yox, siyasi maraqları önə çəkirlər. Necə ola bilər ki, ərazimizin 20 faizini işğal etmiş bir dövlətlə dostluq qrupu yaratsınlar. Bu AP-nin iç üzüdur. Onların hər biri demokratiya, insan haqları deye-deyə parlamentə gəlib çıxıblar. Mən hesab edirəm ki, rəsmilərimiz, ictimaiyyət buna kəskin formada qınağını ifadə etməlidir”. (qafqazinfo.az)