!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkilindən ov tüfənginə QADAĞA ÇAĞIRIŞI: “Odlu silahla törədilən cinayətlərin sayı...”

!Reklam – Yazi

“Mülki vətəndaşlara hər hansı silah, hətta ov tüfəngi belə verilməməlidir”.

Bu fikirləri ov tüfəngi ilə törədilən qətllərin qarşısının alınması yolları barədə danışan millət vəkili Ceyhun Məmmədov Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, vətəndaşlarda ov silahının olması ölkədə təhlükəsizliyi ciddi şəkildə təhdid edir:

“Son zamanlar baş verən xoşagəlməz halların çoxalması da göstərir ki, bu məsələ ilə bağlı təsirli addımların atılmasına ehtiyac var. Fakt budur ki, ölkədə odlu silahlar, o cümlədən, ov tüfəngi ilə törədilən cinayətlərin sayı artıb.

Buna görə də bütün növ odlu silahların, həmçinin ov tüfənglərinin vətəndaşlardan yığılması ciddi zərurətə çevrilib. Hesab edirəm ki bu məsələyə nəzarət ciddi şəkildə gücləndirilməli və odlu silahdan qanunsuz istifadəyə yönəlik hüquqi məsuliyyət artırılmalıdır”.

Nuray Məmmədzadə

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv