Milli Məclis bu gün toplanır – 32 məsələ gündəlikdə

media-hightechnic-468x90

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, iclasda əvvəlcə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

Daha sonra iclasda “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi, “Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi, Əmək Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Gənclər siyasəti haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və digər bir sıra qanunlara dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 32 məsələ daxildir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600