Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi

media-hightechnic-468x90

Milli Məclisdə idarəetmə artıq stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir.

Milli Məclisin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament aparatının və işlər idarəsinin məsul vəzifəli şəxsləri arasında informasıya mübadiləsi internet üzərindən uğurla həyata keçirilir.

Bu gün – martın 29-da Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk dəfə olaraq videokonfransı keçirilib. Videokonfransda martın 30-da keçiriləcək plenar iclasın gündəliyi və cari məsələlər müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa