Milli Məclisin növbəti iclaslarının vaxtı açıqlandı

Milli Məclisin payız sessiyasının növbəti plenar iclaslarının vaxtı müəyyənləşib.

Bu barədə Yenicag.az-a parlament Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib.

O bildirib ki, qanunverici orqanın növbəti toplantıları noyabrın 16-sı, 17-i və 18-də keçiriləcək. İclaslarda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə olunacaq./Report/