"Ermənistan Rusiya ilə gərginlik yarada bilərdi, amma…" - Simonyan sirrləri AÇDI

media-hightechnic-468x90

Rusiya ilə müzakirə tələb edən məsələlərin olmasına baxmayaraq, Ermənistanın Rusiyaya qarşı bir şey etməyə çalışdığı təəssüratının yaranmasını istəmir.

Yenicag.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

“Ermənistan Rusiya ilə münasibətlərdə maraqlıdır. İrəvanda başqa bir qavrayış yoxdur. Eyni zamanda, açıq səbəblərdən, müharibənin bitməsindən sonrakı ilk günlərdən etibarən bölgəmizdəki vəziyyəti həll etməyə çalışmışıq və etməyə davam edirik. Fikrimcə, bu, yaxşı nəticələndi. Amma istəmirəm ki, Rusiyada Ermənistanın dost və müttəfiq dövlət olan ölkəyə qarşı bir şey etməyə çalışdığı təəssüratı yaransın”, – Simonyan deyib.

O qeyd edib ki, Ermənistan və Rusiya xarici işlər nazirləri bu məsələləri hərtərəfli müzakirə edir və bu ölkələrin liderləri də iştirak edirlər.

media-alen-simonyan-2

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05