ABŞ və Rusiya arasında buzlar ƏRİYİR? Hərbi rəhbərliklər illər sonra yenidən dialoqa başlayır...
ABŞ və Rusiya hərbi idarələr arasında yüksək səviyyəli dialoqu bərpa etmək barədə razılığa gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropa Komandanlığı məlumat yayıb.
Məlumata görə, razılaşma iki ölkənin hərbi nümayəndələri arasında Əbu-Dabidə keçirilən görüşdə əldə olunub.
“Rabitə kanalı davamlı olaraq iki ölkənin hərbi rəhbərliyi arasında əlaqəni təmin edəcək”, – komandanlıqdan bildirilib.
Qeyd edək ki, ABŞ və Rusiya hərbi idarələri arasında yüksək səviyyəli əlaqə 2021-ci ildə dayandırılıb.












