Tramp: “Yerim cənnətlikdir”
ABŞ Prezidenti Donald Tramp ölümdən sonra cənnətə düşməyə layiq olduğunu hesab edir.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ lideri Vaşinqtonda səhər yeməyində çıxış edərkən deyib.
Çıxışının əvvəlində Tramp guya cənnətə düşə bilməyəcəyi barədə zarafat edib, lakin jurnalistlər bu sözləri ciddi qəbul ediblər.
“Mən sadəcə zarafat edirdim. Əslində düşünürəm ki, sonda cənnətə düşəcəyəm”, – o qeyd edib.
“Mən ideal namizəd deyiləm, amma insanlar üçün həddindən artıq yaxşılıqlar etmişəm – bu dəqiqdir”, – Tramp əlavə edib./Report/












