Milli Məclisin sədri İran İslam Respublikasında səfərdədir - FOTO

media-hightechnic-468x90

Avqustun 5-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

Yeniacg.az xəbər verir ki, Tehranın Mehrabad Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini İslam Şurası Məclisinin sədr müavini Mütəfəkkir Azad, Azərbaycanın bu ölkədəki səfiri Bünyad Hüseynov qarşılayıblar.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın ölkənin bir sıra rəsmi şəxslərilə görüşləri də nəzərdə tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600