Milli mətbuatın 150 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxıldı

media-hightechnic-468x90

Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Bu barədə Yenicag.az-a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.

Bildirilib ki, “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda 19-21 iyul tarixlərində keçirilən 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Medianın İnkişafı Agentliyi və “Azərpoçt” MMC tərəfindən birgə hazırlanan poçt markasının təqdimat və möhürlənmə mərasimi keçirilib.

Mərasimdə poçt markasının medianın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq dövriyyə buraxıldığı qeyd olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600