!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimiz AÇ-nin finalına yüksəldi

!Reklam – Yazi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə yüksəlib.

Yenicag.az xəbər verir ki, yığmamız buna təsnifat mərhələsinin sonuncu turunun oyununda nail olub.

D qrupunda mübarizə aparan millimiz səfərdə Avstriya yığması ilə qarşılaşıb. Yığmamız rəqibini 3:1 hesabı ilə məğlub edib.
Millimiz ardıcıl 10-cu dəfə Avropa çempionatında oynayacaq. Bu ənənəni “Avro-2005″də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub.
Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan “Avro-2023″ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.

Qeyd edək ki, millimizin yer aldığı D qrupunda 1-ci yeri Sloveniya millisi tutub. Azərbaycan qrup ikincisi kimi mərhələ adlayıb.

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv