!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimiz ilk oyununa çıxır

!Reklam – Yazi

futbol_3Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək.

Komandamız Dunaujvaroş şəhərində Macarıstan yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qarşılaşmanın baş hakimi şotland Con Beton olacaq. Ona Qreym Styuart (Şotlandiya) və Devid Morheym (İsrail) kömək edəcəklər. Dördüncü hakim Eli Hekmon (İsrail) təyin olunub.
Yığmamıza dəstək olmaq məqsədi ilə əməkdar məşqçi, “Şöhrət” ordenli Ağasəlim Mircavadov AFFA tərəfindən bu ölkəyə ezam edilib.

Qeyd edək ki, Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində 19 yaşadək futbolçulardan ibarət yığmamızın yer aldığı qrupun oyunları Macarıstanda keçirilir.

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv