Millimiz növbəti qələbəsini qazandı

media-hightechnic-468x90

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti qələbəsini qazanıb.

Yenicag.az xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi 3-cü turun ilk oyununda komandamız Estoniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşmaya daha üstün başlayan Faiq Qarayevin baş məşqçisi olduğu komanda təşəbbüsü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıblar.

Qeyd edək ki, komandamız növbəti oyununu iyunun 2-də saat 17:00-da keçirəcək. Rəqibimiz Avstriya yığması olacaq. Sabah isə Estoniya və Avstriya yığmaları qarşılaşacaqlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600