Millimiz Sofiyada xalsız qaldı – İlk məğlubiyyət

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız 3-cü tur çərçivəsində Bolqarıstanla üz-üzə gəlib.

Sofiyada keçirilən görüş millimizin məğlubiyyəti ilə başa çatıb – 1:3. Bu, voleybolçularımızın ilk məğlubiyyəti olub. Komandamız ilk iki turda Bakıda qarşılaşdığı Ukrayna və Portuqaliyaya eyni hesabla (3:1) qalib gəlmişdi.

Qızıl Avropa Liqası
A qrupu
26 may

Bolqarıstan – Azərbaycan – 3:1 (17:25, 25:17, 25:14, 25:21)