“Çelsi” Xavini istəyir

media-hightechnic-468x90

İngiltərənin “Çelsi” komandası baş məşqçi Entso Mareskanı istefaya göndərməyi planlaşdırır.

“Yenicag.az” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayında italiyalı mütəxəssislə yollar ayrıla bilər. Klub rəhbərliyi bu vəzifə üçün artıq ispaniyalı Xavi Ernandeslə danışıqlara başlayıb.

Xatırladaq ki, Mareska Premyer Liqada “Everton”la oyundan (2:0) sonra verdiyi açıqlamada klubda bəzi rəhbər şəxslərin ona dəstək vermədiklərini və komandaya uğur gətirəcək işlərin qarşısını müəyyən qədər aldıqlarını bildirib.

Qeyd edək ki, Entso Mareska “Çelsi”yə 2024-cü ilin yayından rəhbərlik edir. Hazırda komanda ölkə çempionatında 28 xalla dördüncü pillədə qərarlaşıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa