Vətəndaş qəbulunda gördüklərim… - Aygün Paşayevanın yazısı

media-hightechnic-468x90

Bir neçə gün əvvəl Yasamal rayonunun sakini kimi Rayon İcra Hakimiyyətində vətəndaş qəbulunda oldum. Etiraf etməliyəm ki, bu qəbula kifayət qədər könülsüz getmişdim. Çünki indiyədək bir çox dövlət məmurları, xüsusilə də icra başçıları tərəfindən təşkil olunan vətəndaş qəbullarının formal xarakter daşıdığına, sadəcə “göstəriş” naminə keçirildiyinə dəfələrlə şahid olmuşam.

Lakin Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sədrliyi ilə keçirilən qəbul prosesi məni səmimi şəkildə təəccübləndirdi. Qəbul zamanı Elşad Həsənov müraciət edən bütün vətəndaşların problemlərini sonadək səbİrlə dinləyir, məsələlərin yerindəcə həlli üçün müvafiq tapşırıqlar verirdi. Xüsusilə nümunəvi məqam ondan ibarət idi ki, o, problemini izah edən heç bir vətəndaşın sözünü kəsmir, fikrini tam şəkildə ifadə etməsinə mane olmurdu. Onun vətəndaşı dinləmək mədəniyyəti və bacarığı yüksək səviyyədə idi.

Məlumdur ki, bir çox hallarda bəzi məmurlar vətəndaşların problemlərini həll etmək əvəzinə, onları yerli-yersiz söz kəsməklə fikrindən yayındırır, məsələnin mahiyyətindən uzaqlaşdırırlar. Halbuki həmin gün qəbula gələn vətəndaşların şikayətlərinin ünvanı Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də TƏBİB olduğu halda, Elşad Həsənov əməkdaşlarına göstəriş verdi ki, vətəndaşlara maksimum dəstək göstərilsin.

Yaxınlarım, qohumlarım və dostlarım – bir sözlə, məni tanıyan hər kəs yaxşı bilir ki, mən hər zaman yalnız həqiqəti yazmışam. Əgər mən də bəzi həmkarlarım kimi əsassız təriflərlə məşğul olsaydım, yəqin ki, müxtəlif imtiyazlara sahib olardım. Təsəvvür edin ki, adətən, sözünü əsirgəməyən biri olaraq qəbul zamanı öz problemimi izah edərkən həyəcanlandım, dilim dolaşdı. Gördüklərim bir anlıq mənə yuxu kimi gəldi: demək ki, ölkəmizdə vətəndaşı dinləməyi bacaran məmurlar da var imiş.

Qeyd edim ki, məmurları tənqid etmək məsələsində məndən daha sərt mövqe sərgiləyən az tapılar. Lakin görülən yaxşı işləri də təqdir etməkdə heç vaxt vicdansızlıq etməmişəm.

Unutmayaq ki, həqiqətin yolu sadəlikdən keçir. Sevilməyin yolu da məhz bu sadəlikdən keçir.media-whatsapp-image-2025-12-16-at-19-03-47

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa