Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Millimiz son dəqiqə qolu ilə məğlub oldu - YENİLƏNİB

Reklam: Sinerji Pro

Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti matçına çıxıb.

Yenicag.az xəbər verir ki, C qrupunda yer alan seçməmiz doğma azarkeşləri önündə Şimali İrlandiya yığmasını qəbul edib.

Robert Prosineçkinin yetirmələri inamlı çıxış etsələr də, bu, xal qazanmaq üçün yetərli olmayıb. Hər kəs matçın 0:0 hesabı ilə başa çatacağını düşündüyü anda səhnəyə Stuart Dallas çıxıb. O, qarşılaşmanın 90+2-ci dəqiqəsində qol vuraraq Şimali İrlandiyaya minimal hesablı qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, millimizin 6 oyundan sonra aktivində 7 xal var.
DÇ-2018-in seçmə mərhələsi, C qrupu

10 iyun

20:00. Azərbaycan – Şimali İrlandiya – 0:1

Qol: Stuart Dallas, 90+2

Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes

Tofiq Bəhramov adına Respublika Stadionu

Yenicag.az

 

www.yenicag.az

643