Millimiz Ukraynaya məğlub oldu

media-hightechnic-468x90

загруженное (1)19 yaşadək qız futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının II seçmə qrupuna start verilib.

Millimiz ilk oyunda Ukrayna ilə üz-üzə gəlib.

“Bayıl Arena”da keçirilən görüş Patrisiya Qonsalesin yetirmələrinin üstünlüyü şəraitində keçsə də, qalib gələn tərəf qonaqlar olub. Matçda yeganə qolu Ukrayna yığmasının yarımmüdafiəçisi Viktoriya Qolovaç vurub. O, 64-cü dəqiqədə Aytac Şərifovanın qoruduğu qapıya yol tapıb.

Qeyd edək ki, qrupun digər görüşündə bu gün saat 19:00-da Danimarka Kiprlə görüşəcək. Sentyabrın 15-də isə Kipr – Ukrayna və Danimarka – Azərbaycan oyunları keçiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa