Millimiz yeni baş məşqçisi ilə müqavilə imzalayıb

media-hightechnic-468x90
azerbaycan millisi yeni bas mesqci ile (1)Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Yığmamız türkiyəli mütəxəssis Bülənt Karslıoğluya etibar edilib. Artıq tarixin yaddaşına qovuşan “İqtisadçı”nın sabiq baş məşqçisi 1 illik müqaviləyə imza atıb. Bu mərasimdə Azərbaycanı Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov təmsil edib. Razılaşmaya əsasən, türkiyəli mütəxəssis tək əsas yığmaya rəhbərlik etməyəcək. O, həmçinin bütün yaş qrupları üzrə komandalarımızın çıxışına cavabdehlik daşıyacaq. Bir sözlə, Karslıoğlu kişilərdən ibarət yığmalarımızda direktor vəzifəsini də həyata keçirəcək. Təcrübəli mütəxəssisin qarşısına əsas məqsəd kimi Bakıda keçiriləcək I Avropa Oyunlarında uğurlu çıxış tapşırığı qoyulub. O, bununla yanaşı, yeni gənc nəslin yetişməsinə, onların təcrübə toplamasına və əsas komandada ciddi rəqabətin yaranmasında öz köməkliyini göstərməlidir. Karslıoğlu bu postda kubalı Sillie Tabares Leonardonu əvəzləyib.
(olaylar.az)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600