Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Millimizdə yeni təyinatlar

Reklam: Sinerji Pro

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin köməkçiləri bəlli olub. 

Yenicag.az xəbər verir ki, Mario Tokiç və Arif Əsədov milli komandada baş məşqçinin köməkçisi vəzifəsində çalışacaq. Dmitri Kramarenko millinin qapıçılar üzrə məşqçisi olacaq.

Qeyd edək ki, Mario Tokiç xorvatiyalıdır və Nikola Yurçeviç onu Bakıya özü ilə gətirib. Arif Əsədov əvvəllər müxtəlif komandalarda baş məşqçi kimi çalışıb. O, “Neftçi” ilə 2010-2011 mövsümündə Azərbaycan çempionu adını qazanıb. Dmitri Kramarenko isə daha əvvəl Qurban Qurbanovun rəhbərliyi dövründə də məşqçilər heyətində yer alıb.

www.yenicag.az

3636