Reklam: High Technic
hightechnic

Millimizə I diviziondan futbolçu çağırıldı

Reklam: High Technic

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi dekabrın 23-dən 29-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Yenicag.az xəbər verir ki, yığmamızın baş məşqçisi Vüqar Məmməd toplanışa 26 futbolçu dəvət edib.

Ölkə xaricində çıxış edən oyunçulara dəvət göndərməyən Məmməd I divizion təmsilçisi “Şüvəlan”dan da futbolçu çağırıb: Sərcan Ömərov, Əkbər Vəliyev, Cavid Əliyev, Elvin Cəfərquliyev (hamısı “Keşlə”), Nicat Möhbəliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Turan Vəlizadə, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Kamran Quliyev, Rüstəm Nuriyev (hər ikisi “Qəbələ”), Nail Alışov, Seymur Əliyev (hər ikisi “Neftçi”), Kamran Məmmədov, Tolqar Yaqubov, Zahid Mərdanov, Emil Qasımov, Şakir Seyidov, Eldost Qiyasbəyli, Tahir Zeynalov, Vidadi Cəfərov, Elçin Mustafayev (hamısı “Səbail”), Ceyhun Şahverdiyev, Səbuhi Abdullazadə (hər ikisi “Sumqayıt”), Riad Abbaszadə (“Şüvəlan”).

 

www.yenicag.az

1313