!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimizin sabiq baş məşqçisi “Qəbələ”də

!Reklam – Yazi

2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlıqları Bakıda davam etdirən “Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik baş verib.

Yenicag.az xəbər verir ki, Zaur Həşimov “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. O, Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 38 yaşlı məşqçi ilə ilyarımlıq müqavilə imzalanıb.

Həşimov futbolçu karyerası ərzində “Şəfa”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Sumqayıt”da, həmçinin Azərbaycanın əsas və aşağı yaş qruplarında çıxış edib. Komandamızın yeni çalışdırıcısı bunadək “Qarabağ” və “Zirə”də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi fəaliyyət göstərib.

www.yenicag.az

3108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv