Millinin sabiq futbolçusu yarım kiloqram narkotiklə SAXLANILDI: 20 ilədək HƏBS GÖZLƏYİR - FOTO

media-hightechnic-468x90

Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayevin üzərindən yarım kiloqram narkotik tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, “Torpedo”, “Tom” və “Krasnodar”ın 42 yaşlı keçmiş futbolçusu Krasnodarda içərisində toz halında olan şübhəli bağlama ilə saxlanılıb.

Ekspertiza onun metilefedron törəməsi olduğunu göstərib. Buqayevə qarşı 228.1-ci (narkotik vasitələrin xüsusilə külli miqdarda istehsalı və satışı) maddə ilə cinayət işi açılıb.

Rusiya millisinin sabiq futbolçusunun günahı sübuta yetirilərsə, onu 15 ildən 20 ilə qədər həbs gözləyir.

Hazırda Buqayev polis əməkdaşlarına tabe olmadığına görə inzibati həbsdədir.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600