“MilliÖn” və “E-Manat”dan 98 minə yaxın pul oğurlandı

media-hightechnic-468x90

Bakıda fəaliyyət göstərən bir neçə marketdə oğurluq hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, cinayəti törədən şəxsi hədəfi “MilliÖn” və “E-Manat” ödəmə terminalları olub.

O, “Adəm” marketdəki “MilliÖn” aparatından 2 281 manat, “Spar” markedəki “E-Manat” aparatından 6 166 manat, “Cənub” marketdəki “E-Manat” aparatından isə 7 753 manat oğurlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs yaxalanıb.

Qulam Nadirova (şərti) Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq – təkrar törədildikdə), 177.2.3 (Oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə ) və 177.2.4-cü (Oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib və məhkəməni qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı Xəzər Rayon Məhkəməsində hakim Emin Rüstəmovun sədrliyi ilə aparılıb. Müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O əlavə edib ki, oğurluğu şəxsi ehtiyaclarını ödəməyə görə edib. Məhkəmənin hökmü ilə Qulam Nadirova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib./Qaynarinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600