Milyarder separatçıların başına pul qoydu

media-hightechnic-468x90

222222w“Nibulon” Məhdud Məsuliyyətli Müəssisənin direktoru Aleksey Vadaturski rusiyameyilli diversantlar və separatçıların başına pul mükafatı qoymağa hazır olduğunu bildirib.

O, Nikolayev vilayətində xüsusi növbətçi batalyonlar yaratmağa və onları maliyələşdirməyə də söz verib.

Məsələ ilə əlaqədar Vadaturski deyib: “Mən pul ödəyəcəyəm. Bəli, mən Kolomoyski deyiləm və ondakı səlahiyyətlər məndə yoxdur. Lakin biz müəssisə rəhbəriyik, pul ödəməyə, mübarizə aparmağa borcluyuq”.

Xatırladaq ki, Vadaturski Ukraynanın 20 ən varlı şəxsindən biridir. 2012-ci ildə onun şəxsi varidatı 810 milyon dollar civarında dəyərləndirilirdi.

O, Dnepropetrovsk vilayəti qubernatorunun nümunəsini təkrarlamaq əzmindədir və Nikolayevdə separatçılara qarşı səlib yürüşünə hazırlaşdığını bəyan edib(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600