Mingəçevir və Yevlaxda dörd ixtisas üzrə ustad dərsləri təşkil olunacaq

media-hightechnic-468x90

 

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Yevlax və Mingəçevir şəhərlərində ustad dərsləri keçiriləcək.

Fortepiano, tar, qarmon və xanəndəlik ixtisaslarını əhatə edəcək ustad dərsləri Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşacaq.

Dekabrın 15-də Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində keçiriləcək tar ixtisası üzrə ustad dərsi Qarabağ Universiteti İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri Arslan Növrəsli, fortepiano ixtisası üzrə ustad dərsi isə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin Fortepiano şöbəsinin fənn birləşmə komissiyasının sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Kazımova tərəfindən aparılacaq.

Dekabrın 22-də Yevlax şəhər 1 nömrəli musiqi məktəbində qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq. Dərslər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq çalğı alətləri kafedrasının dosenti Sərxan Abiyev (qarmon) və Beynəlxalq Muğam Mərkəzinin solisti, AMK nəzdində Musiqi Kollecinin baş müəllimi Əməkdar artist Sevinc Sarıyevanın (xanəndəlik) iştirakı ilə keçiriləcək.

Ustad dərslərinin məqsədi şagird və müəllimlərin müvafiq ixtisaslar üzrə nəzəri və praktiki biliklərinin artırılması, onların müasir tədris metodlarına yiyələnməsi, həmçinin peşəkar fəaliyyətlərində daha da səmərəli nəticələr əldə etmələrinə dəstək olmaqdır.

media-whatsapp-image-2025-12-10-at-10-20-54-1 media-whatsapp-image-2025-12-10-at-10-20-54

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa