Minik maşını avtobusa çırpıldı

media-hightechnic-468x90

64953_res_01Bakının Xətai rayonunda iki nəfərin ağır yaralanması ilə nəticələnən qəza baş verib.

Hadisə Nobel prospektində qeydə alınıb.

Məmmədov Seymur Malik oğlu idarə etdiyi “KİA” markalı avtomobili ilə şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə maşın dayanacaqda daynana sərnişin avtobusuna çırpılıb. Qəza zamanı “KİA” nın sürücüsü və sərnişini xəsarət alıblar. Əraziyə təcili yardım çağırılıb. Hər iki yaralı 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Dövlət Yol Polisinin Xətai Rayon Bölməsindən verilən məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600