Minik maşını hasara çırpılıb
Bu gün gecə saatlarında Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xudat-Nabran yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb. Quba rayon sakini, 1994-cü il təvəllüdlü Didarlı Rüfət Nemət oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomaşın idarəetməni itirərək yolun kənarındakı daş hasar çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 3 sərnişin və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar minik maşınının sürücüsü R.Didarlı, Quba rayon sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Həsrətqulu Elman oğlu, 1990-cı il təvəllüdlü Didarlı İbrahim Şükür oğlu və 1985-ci il təvəllüdlü Qayıbov Talıb Cəfər oğludur.
Onlardan iki nəfərin D.Rüfət və M.Həsrətqulunun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.