!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minik maşını “Təcili yardım”la toqquşdu, uşaq öldü

!Reklam – Yazi

Füzuli rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Beyləqan- Horadiz yolunun Böyük Bəhmənli kəndindən keçən hissəsində “Mercedes” markalı avtomobillə “Təcili yardım” maşını toqquşub.

Qəza nəticəsində “Təcili yardım” avtomobili yolun kənarındakı çökəkliyə düşüb, “Mercedes”də olan 7 yaşlı Rusif Namazlı hadisə yerində dünyasını dəyişib.

Digər iki sərnişin – 6 yaşlı Aqşin Namazlı və 33 yaşlı Nigar Namazova isə yaralanaraq ağır vəziyyətdə Zobucuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib.

Polis faktla bağlı araşdırma aparır.

www.yenicag.az

1115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv