Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak edəcək şəxslərə müraciət edib.
Yenicag.az müraciəti təqdim edir:
“Sosial şəbəkədə və mediada müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi tarixlər yayılıb. Bildiririk ki, təqdim olunan imtahan qrafikləri 2019-cu ildə keçirilən müsabiqəyə aiddir və həqiqəti əks etdirmir. Bu il üzrə keçiriləcək müsabiqənin imtahan tarixləri imtahandan ən azı bir həftə əvvəl namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Daha dolğun və doğru məlumatlar əldə etmək üçün vətəndaşlara Təshil Nazirliyinin və İnsan Resurlsarı Mərkəzinin rəsmi sosial media hesablarını izləmək tövsiyə olunur”.
Qeyd edək ki, iyunun 3-dən 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər iyunun 10-u saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
www.yenicag.az