Trampı devirmək planı: Epşteyn yazışmaları həqiqətdir, yoxsa "SİYASİ QƏSD"?

media-hightechnic-468x90

“”Epşteyn faylları’”nın Trampla bağlı hissəsi təsadüfi deyil. Görünən odur ki, ona qarşı qalmaqallı məsələlər bundan sonra daha da gücləndiriləcək”.

Bu fikirləri Yenicag.aza açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

media-zeynal_emreliyev-2

Politoloq “Epşteyn faylları” adlanan sənədlərin açıqlanması və orada ABŞ Prezidenti Donald Trampın adının hallanmasını şərh edərək, bu qalmaqalın impiçmentə qədər gedib çıxa biləcəyini qeyd edib:

“Yeni açıqlanan ‘Epşteyn faylları’ ümumilikdə təkcə Trampa qarşı yönəlməyib. Burada xüsusilə ABŞ dərin dövləti’nin bu sənədləri seçilmiş şəkildə mediaya sızdırdığı görünür. Digər tərəfdən, bu faylların həqiqəti nə dərəcədə əks etdirdiyi kifayət qədər sual doğurur. Məsələn, sənədlər arasında Epşteynə məxsus olduğu iddia edilən yazışmalar mövcuddur. Bu yazışmaların nə dərəcədə dürüst olduğu bizə məlum deyil. Trampla bağlı məsələyə gəldikdə isə, sanki Amerikada müəyyən dairələr onun siyasət yürütməsinə mane olmağa çalışır”.

Politoloq qeyd edib ki, hazırda müxalifət düşərgəsi sayılan demokratların əlində Trampa qarşı çox güclü kartlar var:

“Trampın hazırda yeritdiyi daxili və xarici kurs ənənəvi ABŞ siyasətindən fərqlənir. O, beynəlxalq miqyasda daha çox maliyyə-kapital münasibətlərinə önəm verir və öz dominantlığını qorumağa çalışır. Daxildə isə avtoritar liderliyini gələcək varisi qismində də saxlamağa cəhd edir. Bu isə ABŞ daxili siyasətində ciddi problemlər yaradır.

Nəzərə alaq ki, yaxın vaxtlarda Konqresə seçkilər keçiriləcək və demokratlar burada daha şanslı görünürlər. Konqres ABŞ-da çox mühüm qurumdur; qanunlar yalnız Konqres tərəfindən qəbul edildikdən və Prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Prezident Konqresin razılığı olmadan hər hansı qanunu imzalaya bilməz və ya əksinə.

Ona görə də Tramp çox ciddi maneələrlə üzləşə bilər. Bu gedişlə impiçment məsələsi yenidən gündəmə gələ bilər ki, bu barədə demokratlar tərəfindən artıq müəyyən fikirlər səsləndirilir. Hesab edirəm ki, sənədlərdə Trampın adının keçməsi planlı bir addımdır və ona qarşı təzyiqlər artacaq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa