!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mirzə Babayevə "xalq artisti" fəxri adını kim verdirib? - Şok gizlinlər

!Reklam – Yazi

Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan.
Arif olan nakam getməz,
Bu dünyadan, bu dünyadan…

Bir sənətkar gəldi bu dünyaya, bu həyatı doya-doya yaşadı, sevə-sevə oxudu, insanların ruhunu öz əsrarəngiz səsi ilə oxşadı… Və günlərin bir günü köçünü çəkib getdi bu dünyadan…

Söhbət unikal səs tembri və ifa mədəniyyəti ilə yaddaşlara həkk olunan Mirzə Babayevdən gedir. Bu gün böyük sənətkarın doğum günüdür. Sağ olsaydı, xarakterinə uyğun haylı-küylü bir məclis düzənləyib, hamını o məclisə yığacaqdı. Xəlvəti gözəllərə göz vurub şirin-şirin zarafatlaşacaqdı. Ən gözəl hitlərini oxuyacaqdı. Ən gözəl deyəndə ki, onun oxuduğu hər bir mahnı gözəl idi və elə sağlığında da hitə çevrilmişdi.

Xalq artisti, sənət dostu, tanınmış bəstəkar Oqtay Rəcəbov Mirzə Babayevlə bağlı xatirələrini Yenicag.az-a bölüşüb. O, sənətkarla bağlı maraqlı faktlar açıqlayıb:

“Mirzə Babayev sözü üzə deyən insan idi, hətta qarşı tərəfin inciyəcəyini belə gözə almırdı. Bir dəfə xalq artistlərindən biri mahnı oxudu, sonra Mirzə Babayevin yanına gəlib soruşdu ki, necə oxudum? O da qayıtdı ki, sən oxumadın e, qışqırdın. Başqa bir məclisdə eyni hal yenidən yaşandı. O xanım gəldi ki, Mirzə dayı, necə oxudum? Dedi, hə, yavaş-yavaş oxumağı öyrənirsən”.

Bəstəkar müğənniyə qarşı haqsızlıqlar olduğunu bildirib:

“Mirzə Babayev 15-dən artıq mahnımı oxuyub. Onun üçün yazdığım son mahnıları oxuya bilmədi. Ölümündən əvvəl o mahnıları oxumaq arzusunda olduğunu bildirdi. Çox kövrəldi. Bilirdi ki, səhhəti imkan vermir. Arzusunu gerçəkləşdirməyə əcəl imkan vermədi. Ona qarşı çox haqsızlıqlar olmuşdu. Onu qısqananlar hər vəchlə vurmağa çalışırdılar. Bu faktı ilk dəfə sizə açıqlayıram. Yadımdadır ki, 1982-ci ildə mənə və Tofiq Quliyevə Lenin Komsomolu mükafatı verdilər. Mərkəzi Komitənin katibi Həsən Həsənov zəng edib məni təbrik etdi. Dedi ki, Mirzə Babayev də yanımdadır. O gileylənir ki, bu qədər mahnılar oxumuşam, hər yerdə konsertlərim olub, amma xalq artisti deyiləm. Mən dedim ki, Həsən müəllim, düz deyir də, o çoxdan xalq artisti fəxri adına layiq görülməliydi. Həsən müəllim qayıtdı ki, darıxma, alacaq. Üstündən 5-6 ay keçəndən sonra Mirzə dayıya xalq artisti fəxri adını verdilər”.

Cəvahir

www.yenicag.az

5688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv